Magistraturaya imtahan verən tələbələrin hərbi çağırış problemi -

Universitetin sonuncu kursunu bitirən minlərlə oğlan tələbə var ki, onların bəziləri hərbi xidmətə yola düşür, bəziləri isə ölkədaxilində və ya xaricdə magistr təhsili almaq üçün imtahan verir. Hər il bu imtahanın cavabı iyul ayının sonuna qədər məlum olurdu. Tələbələr də buna uyğun olaraq ya təhsillərini davam edirdilər, ya da hərbi xidmətə gedirdilər. Lakin, bu il koronavirus pandemiyası ilə əlaqədar bir sıra dəyişikliklər oldu. Onlardan biri də magistraturaya imtahan cavablarının avqust ayında çıxmasıdır.

“Xaricə magistr üzrə müraciət eləmişik və sənədlərin qəbulu ilə bağlı təsdiq ərizəsi avqust ayına hesablanıb, lakin 2020-ci ildə məzun olan oğlan tələbələrə artıq hərbi xidmətə çağırış ərizəsi gəlib. Bilmirik neyləyək ? “ – Bir tələbə şikayətini bildirir.

Digər bir tələbə isə qeyd edir ki, bu vəziyyətdə hərbi xidmətə çağırış düzgün olmazdı.

“Çünki karantin vəziyyətinin olduğunu nəzərə alsaq, çağırışın bir qədər gözlədilməsini tələb etmək olar. və mənim kimi minlərlə tələbə indiki variantda biraz çətin vəziyyətdə qalıb.”

Ekspertlər isə yaranan vəziyyətdə hərbi xidmət haqqında qanuna dəyişiklik edilməsini təklif edirlər. Bu dəyişiklikdə isə magistraturaya imtahan verən tələbələrə növbəti çağırışa qədər möhlət hüququnun verilməsi nəzərdə tutulmalıdır.

“Ali təhsil müəssisələrinin məzunu olan şəxslər , o şəxslər ki, Azərbaycanda keçirilən magistr imtahanında iştirak ediblər, keçid balını toplayıblar, həmin şəxslərə növbəti çağırışa qədər möhlət verilməlidir. İkinci kateqoriya şəxslər, o şəxslər ki, xaricə imtahan verib orada təhsilini davam etdirmək istəyir, onlara da könüllülük prinsipi ilə möhlət hüququ verilməlidi. “- Kamran Əsədov- Təhsil eksperti

Təhsil nazirliyinindən Baku.tv-ə verilən məlumata görə isə, əgər tələbə ölkədaxilində təhsil alacaqsa, ona çağırış müddətinin uzadılması üçün sənəd veriləcək. Yox əgər xaricdə magistr təhsili almaq istəyirsə, bu tələbələrə hər hansı bir sənədin verilib-verilməməsi hələki sual altındadır.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR