​Xaçmazda tikinti materialları satılan bazarda yanğın hadisəsi baş verib

Xaçmazda tikinti materialları satılan bazarda yanğın olub.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Xaçmaz rayonunda, tikinti materialları bazarının ərazisində qeydə alınıb. Belə ki, ümumi sahəsi 210 m² olan talvarın yanar konstruksiyaları 3 m² sahədə, talvarın altında dayanan "QAZ" markalı minik avtomobilinin salon hissəsi və avtomobilin banına qoyulan 2 ədəd təkər yanıb. Talvarın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR