Bakıda yağışlı havada sürüşən “Prado” işıq dirəyinə çırpıldı -

Bakıda baş verən yol-nəqliyyat hadisəsi kameralara əks olunub.

Metbuat.az xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.

Yüksək sürətlə hərəkət edən “Toyota Prado” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirib.

Nəticədə avtomobil sürüşərək bir neçə dəfə fırlanaraq, parkın kənarındakı dəmir arakəsmələrə və işıq dirəyinə çırpılıb. (avtosfer.az)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR