COVİD-19 pandemiyası səbəbindən bütün dünyada, həmçinin Azərbaycanda insanlar sərt karantin rejiminin şərtlərinə uyğun olaraq evdə qalıb özlərini ətrafdan təcrid etdilər.
Karantin müddəti ərzində iqtisadiyyatın bir çox sahəsində itkilər baş versə də, qida sənayesində artan xətt üzrə inkişaf edən istiqamətlər olmuşdur.
Metbuat.az xəbər verir ki, karantin müddətində əhali daha çox sağlam qida məhsullarına üstünlük vermişdir. Ümumi istehlak statistikasına nəzər salsaq, meyvə və tərəvəzlərin - 70 faiz, ət və kolbasa məhsullarının – 45 faiz, yumurta və süd məhsullarının – 35% karantin günlərindən öncə ilə müqayisədə daha çox istehlak olunduğu görsənir.
Şirniyyat seçimlərində də dəyişiklik olub. Belə ki, hazır şirin qəlyanaltıların alışında 65 faiz azalma müşahidə edilib. Duzlu qəlyanaltıların istifadəsində də bu tendensiya ilə 70% azalma baş vermişdir.
Qazlı və qazsız içkilər kateqoriyasında müvafiq dəyişikliklər baş vermişdir.
- Qazlı rəngli suların istehlakında 15 faiz azalma baş vermişdir.
- Qazlı mineral suların istifadəsi 51 faizədək azalmışdır.
Əhali arasında qara çayın istehlakı 45 faiz artmağına baxmayaraq, yaşıl çayın istifadəsi 20 faiz azalmışdır.
Statistikaya görə ölkədə digər qida siyahısına daxil edilən məhsullardan olan mayonezin istifadəsi 65 faiz təşkil edib.
Karantin müddətində istehlakçıların 44 faizi qidalanmasında taxıllı bitkilərdən olan məhsullara önəm verib.
Statistikada süd məhsullarının istifadəsi 34-faiz təşkil edir. Ağartı məhsulları siyahısına daxil edilən südün posterizə olunmuş növünün seçimində göstərici 45 faiz olub. Öz növbəsində qatıq istehlakı 67 faiz, qaymaq 60 faiz, pendir növündən asılı olaraq 34-39 faiz arasında seçimlər sırasındadır.
Qeyd edək ki, məqalədə istifadə olunan iqtisadi göstəricilər Metbuat.az-ın "ERA" Marketinq Mərkəzindən aldığı məlumatlara əsaslanır.
Gülbəniz Hüseynli / Metbuat.az