“Əl-Nəsr” klubu müqaviləsi mövsümün sonunda yekunalaşacaq Kriştiano Ronaldoya fantastik razılaşma təklif edib.
Metbuat.az xəbər verir ki, “Əl-Nəsr” ABŞ-dən təkliflər alan futbolçunu klubda saxlamaq üçün ona əvvəlkindən daha çox məvacib təklif edib. Səudiyyə Ərəbistanının “Al Khabar” agentliyinin məlumatına görə, klub Ronaldoya illik təqribən 168 milyon funt sterlinq təklif edib. Ronaldo təklifi qəbul edərsə həftəlik 3,19 milyon funt sterlinq qazanacaq. İddialara görə, tərəflər artıq razılıq əldə edib. Ronaldo müqaviləyə imza atandan sonra illik 200 milyon avro qazanacaq. Bu da onun dünyanın ən çox qazanan futbolçusu statusunu qoruyub saxlamasını təmin edəcək.
Qeyd edək ki, Kriştiano Ronaldo bundan əvvəlki müqaviləsində illik 164 milyon funt sterlinq qazanırdı.