“Nissan” 2 milyona yaxın avtomobili geri çağırıb

“Nissan” şirkəti ABŞ-da 1,9 milyon avtomobili geri çağırdığını elan edib.

Metbuat.az xəbər verir ki, qərar avtomobillərin kapotunda qeydə alınan qüsurlarla bağlıdır.

Qeyd olunur ki, həmin qüsurla əlaqədar avtomobilin kapotu hərəkət zamanı öz-özünə açıla bilər.

Geri çağırılma 2013-2018-ci illərdə istehsal olunmuş “Altima” modellərinə şamil edilib.

Bundan əvvəl həmin avtomobillərdən bəziləri eyni problemə görə 3 dəfə geri çağırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR