Sakinlər həyətdə yeni obyektin tikintisindən narazıdırlar -

Paytaxtın Xətai rayon Əhmədli qəsəbəsi Məzahir Rüstəmov 22 ünvanında, bir sahibkar tərəfindən inşa edilən tikili ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.

Metbuat.az Baku.Tv-yə istinadən xəbər verir ki, belə ki, genişləndirmə zamanı ərazidə ağaclar kəsilib və məhəlləyə giriş-çıxış çətinləşib.

“Obyekt sahibi başladı, söküntü işləri aparmağa. Birinci ağacı çıxarıb tulladılar, ordan olan dəmirləri çıxarıb tulladılar. Camaat dedi ki, neynirsiz. Dedi ki, biz buranı almışıq, tikib genişləndirəcəm.” – deyə sakin şikayət edir.

“Dedi gedib hara istəyirsiz şikayət edin” – digər sakin əlavə edir.

Sakinlərin sözlərinə görə, həm dövlət orqanlarına, həm də, sahibkara dəfələrlə müraciət edilib. Lakin, ortada bir nəticə yoxdu. İşin maraqlı tərəfi ondan ibarətdir ki, mövcud vəziyyətdən Xətai rayon icra hakimiyyətinin xəbəri var. Şöbə müdiri Pənah İmanov Baku.Tv-ə bildirdi ki, tikinti işləri ərazidəki abadlıq işləri çərçivəsində aparılır.

“Bir müddət əvvəl həmin küçədə abadlıq işləri başlayıb. Bu abadlıq işlərinə yaşıllıqların salınması, həmçinin də, küçə boyu yerləşən obyektlərin estetik görkəminin müasir normalara uyğunlaşdırılması daxildir. Biz özümüz icazə verdik ki, lazımi estetik görkəmi almaq üçün kiçik bir formaqda genişləndirmə işlər aparılsın. Biz sahibkara həvəsləndirici formada şərait yaradırıq ki, o da o işləri yüksək səviyyədə görə bilsin.” - Pənah İmanov. Xətai İH-da şöbə müdiri

Pənah İmanov həmçinin onu da qeyd edib ki, ərazidə aparılan abadlıq işləri son mərhələdədir. Yaxın zamanda həmin küçə müasir bir şəkildə sakinlərin ixtiyarına veriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR