Dəmir yolu qatarlarında kondisionerlərin aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA

Dəmir yolu qatarlarında kondisionerlərin işləməsində məhudiyyət qoyulmayıb.

Metbuat.az bildirir ki, bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Qeyd olunub ki, kondisionerlər hava şəraitinə uyğun işləyir:

"Abşeron Dairəvi dəmir yolu xətti istiqamətində hərəkət edən elektrik qatarlarındakı kondisionerlər hava şəraitinə uyğun işə salınır. Qatarlarda kondisionerlərin işləməsinə məhdudiyyət qoyulması məsələsinə gəlincə, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə müvafiq dövlət qurumlarından tövsiyyə xarakterli göstəriş daxil olmayıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR