Azərbaycanda indiyədək 4684 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.

Bu barədə Metbuat.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cəza müddəti başa çatdığı üçün və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla 1 536 məhkumdan elektron qolbaqlar çıxarılıb.

Hazırda elektron qolbaq daşıyan 3148 nəfər müvafiq cəzalarını çəkir və Monitorinq Mərkəzi tərəfindən onlara fasiləsiz təsirli nəzarət həyata keçirilir.