.

Dünya Bankının özünüməşğulluq layihəsində iştirakı təxminən 100 milyon ABŞ dolları həcmində olacaq - Prezident

Dünya Bankının özünüməşğulluq layihəsində iştirakı təxminən 100 milyon ABŞ dolları həcmində olacaq.

Metbuat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Bankının təşəbbüsü ilə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı deyib.

Dövlət başçısı bildirib:

"Şadam ki, gələcək planlarımız barədə danışmaq və ola bilsin ki, artıq görülmüş işlərə nəzər salmaq üçün imkanımız var. Biz Dünya Bankı ilə əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Azərbaycana və sizin maliyyə dəstəyinizlə həyata keçirdiyimiz mühüm layihələrə göstərdiyi davamlı dəstəyə görə Dünya Bankına çox minnətdarıq. TANAP-a göstərdiyiniz dəstəyə görə xüsusi təşəkkürlər. Yəqin ki, bildiyiniz kimi, Cənub Qaz Dəhlizi layihəsinin icrası sona yaxınlaşır. Ümidvarıq ki, bütün tikinti işlərini bir neçə aya tamamlayacağıq. Əlbəttə ki, Dünya Bankının Cənub Qaz Dəhlizinin ən mühüm hissələrindən olan TANAP-ın icrasına verdiyi töhfə yüksək qiymətləndirilir. Sözsüz ki, bu, digər bankların da bu mühüm layihəni dəstəkləməsi üçün yaxşı siqnal oldu.

Mən, həmçinin artıq icra edilmiş layihələri nəzərdən keçirirdim. Onlar bir çox sahələri əhatə edir. Biz çox mühüm töhfəyə görə olduqca minnətdarıq, ümumilikdə layihələrə 3,5 milyard dollardan çox vəsait ayrılıb. Əlbəttə, bizim gələcək üçün daha çox planımız, ölkənin müasirləşdirilməsi, iqtisadiyyatımızın qeyri-enerji sektorunun inkişaf etdirilməsi və sözsüz ki, infrastruktura investisiya yatırılmasının davam etdirilməsi ilə bağlı planlarımız var. Beləliklə, mən əminəm ki, gələcəkdə çox müsbət əməkdaşlığımız olacaq.

Mən, həmçinin özünüməşğulluq proqramı ilə bağlı bizə dəstək göstərilməsinə dair müraciətimə dərhal cavab verdiyinə görə Dünya Bankına xüsusi minnətdarlığımı bildirmək istərdim. Həmin müraciət 2019-cu ilin yanvarında təqdim olunmuşdu və bir ildən də az müddət ərzində biz artıq bütün hazırlıq işlərini tamamlamışıq. Mənə məlumat verilib ki, Dünya Bankının özünüməşğulluq layihəsində iştirakı təxminən 100 milyon ABŞ dolları həcmində olacaq. Buna görə təşəkkür edirik. Bu il biz bu proqramla 15 minə yaxın adamı əhatə etməyi planlaşdırırıq və əlbəttə, ki, Dünya Bankı tərəfindən əlavə maliyyələşdirmə yüksək qiymətləndirilir və alqışlanır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR