Bakıda metro fəaliyyətini dayandırır? –

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın iyunun 9-da keçirilən brifinqində çıxışı zamanı deyib ki, cümə və şənbə günü (19 və 20 iyun) sərt karantin tətbiq edilməsi, bazar günü isə vətəndaşların istirahəti üçün saxlanılması təklif edilib.

Metbuat.az xəbər verir ki, Azərbaycanın bir sıra iri şəhər və rayonlarında növbəti dəfə sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qazet.az-a açıqlamasında bildirir ki, metronun fəaliyyətini dayandırması ilə bağlı qərar hələ ki, verilməyib.

Lakin ötən həftə kimi sərt karantin tətbiq edilərsə metronun və digər ictimai nəqliyyatların hərəkəti məhdudlaşdırıla bilər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR