Azərbaycanda karantin rejimini pozan məhkəmə sədri cəzalandırılıb.

Metbuat.az-ın məlumatına görə, Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən iclasıında xüsusi karantin rejiminin, hakimlərin etik davranış qaydalarının tələblərinin pozulmasına görə Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova töhmət verilib.

Qeyd edək ki, İxtiyar Abuşov 2017-ci ildən Saatlı Rayon Məhkəməsinin sədridir.