Bakıda məşhur klinikada ölən qızın meyiti ailəsinə təhvil verilmir? -

Bakıda gənc qız xərçəng xəstəliyindən vəfat edib.

Metbuat.az xəbər verir ki, dünən Təbəssüm Məmmədova paytaxtda yerləşən “Bona Dea International Hospital”da ölüb.

Onun anası Elnurə Əsgərova videogörüntü yayaraq, iddia edib ki, xəstəxanaya vəsait ödəyə bilmədiyi üçün övladının nəşi ona vermir:

“Qızımın nəşini aparmaq üçün səkkiz min borcum qaldığı üçün onu vermirlər. Hər şeyimi satıb, borc almışam, qızımın meyitini 10 gün də orda saxlasalar, səkkiz mini tapıb gətirə bilməyəcəm”.

Oxu.Az-ın məlumatına görə, Təbəssüm Məmmədovanın anası Elnurə Əsgərova bildirib ki, paytaxtda yerləşən “Bona Dea International Hospital”na 30 min ödəyib, qızının meyitini çıxarıb.

“Bona Dea International Hospital”dan bildirilib ki, məsələ barədə ictimaiyyətə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR