Bakıda üfunət iyinə səbəb olan Böyükşor gölü -

Dünən axşam saatlarından etibarən Bakının bəzi ərazilərində kəskin üfunət qoxusu yayılıb.

Baku.Tv xəbər verir ki, müəyyən olunub ki, həmin qoxunun mənbəyi Böüykşor gölüdür. İlkin ehtimal odur ki, qoxu gölə axıdılan kanalizasiya suları səbəb ilə yayılıb. Digər ehtimal isə odur ki, üfunət iyi Sobsan boya fabrikində yanğın baş verdikdən sonra yayılmağa başlayıb. Hazırda gölün ətrafında kəskin, dözülməz qoxu var. Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-in mütəxəssisləri tərəfindən araşdırma aparılır.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR