Daha bir ölkə virusa yoluxanların sayında Çini keçdi

İndoneziyada son 24 saatda daha 1752 nəfərdə koronavirus aşkarlanıb və ölkədə virusa yoluxanların sayı 84 min 882 olub.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da, İndoneziya yeni növ koronavirusa yoluxanların sayında virusun yarandığı Çini keçib. Ölkədə virusdan ölənlərin sayı isə 4 mini ötüb.

Ölkədə gündəlik 20 min test edildiyi bildirilir.

Mənbə: Anadolu Ajansı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR