Koronavirusdan ölənlərin sayı 600 mini ötdü

Dünyada koronavirus infeksiyasından ölənlərin sayı 600 min nəfəri ötüb.

Metbuat.az "Worldometers" saytına istinadən xəbər verir ki, virusa yoluxma sayı 14 milyon 231 min 756, pandemiya qurbanlarının sayı isə 600 min 315 nəfərə çatıb.

İndiyədək 8 milyon 501 min 26 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR