ABŞ-da silahlı hücum: 14 nəfər yaralandı

ABŞ-ın Çikaqo şəhərində silahlı insident yaşanıb.

Metbuat.az xəbər verir ki, hadisə nəticəsində 14 nəfər yaralanıb. Bu barədə yerli polisin rəsmisi Erik Karter jurnalistlərə açıqlamasında deyib.

“14 yaralımız var, onlara şəhərin müxtəlif xəstəxanalarında tibbi yardım göstərilir. Onların vəziyyəti hələlik məlum deyil”, - deyə Karter bildirib.

Polis rəsmisinin sözlərinə görə, polis hələlik atışmada şübhəli bilinən bir nəfəri saxlayıb, insidentin motivi hələ ki müəyyən edilməyib.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR