Fransada öldürülən terrorçu qardaşlard biri gizli dəfn olundu

Fransada öldürülən terrorçu qardaşlard biri gizli dəfn olundu
06:54 18 Yanvar 2015
84 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə “Charlie Hebdo” nəşrinin redaksiyasına hücum etmiş Kuaşi qardaşlarından biri – Səid Kuaşi Reymsdə gizli dəfn olunub.
 
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, şəhərin meri Arno Robine terrorçunun cəsədinin yerli qəbirsanlıqda dəfn olunmasına qarşı olsa da, sonda qanunvericiliyə uyğun olaraq razılıq verməyə məcbur olub.    
 
 
 Arno Robine qəbrin dini radikalların arasında ziyarətgaha çevriləcəyindən ehtiyatlanaraq onu adsız qəbirdə dəfn edilməsinə göstəriş verib.  

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR