Məktəbəqəbul saytı çökdü -

Məktəbəhazırlıq qruplarına məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesinə start verilsə də, valideynlər problemlə üzləşiblər.

Metbuat.az xəbər verir ki, mektebeqebul.edu.az elektron sistemində yüklənmə olduğundan sorğu yerləşdirməkdə problem yaranıb.

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə avqustun 18-dən start verilib.

2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR