Polis Bakıda əməliyyat keçirdi:

Bakıda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.

Metbuat.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları rayon ərazisində əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Əbdül Eyvazovu şübhəli şəxs qismində saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 0,910 qram heroin aşkar edilərək götürülüb.

Eyni zamanda Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü Vasif Davidovu saxlayıb.

Onun üzərindən 7,163 qram marixuana aşkar edilərək götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR