Canlı yayım zamanı Ədliyyə Nazirliyi yanmağa başladı -

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olub.

Metbuat.az Report-a xəbər verir ki, Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsində yanğın qeydə alınıb.

Nazirliyin əməkdaşları binadan təxliyə olunublar.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.

Hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb.

FHN-dən bildirib ki, yanğın söndürülüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR