Türkiyədə koronavirusdan daha 39 nəfər ölüb

Türkiyədə son sutka ərzində 39 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1549 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6284, virusa yoluxanlar isə 267 064 nəfərə çatıb.

Türkiyədə indiyədək 242 812 pasiyent (son sutkada 1003 nəfər) sağalaraq evə buraxılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR