SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yandı -

Bakıda avtobusda baş vermiş yanğınla bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama verib.

Metbuat.az xəbər verir ki, bu gün səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub.

"Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır", - deyə məlumatda bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR