Ərdoğanın Makrona “dərs keçdiyi” FOTO -

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Fransa lideri Emmanuel Makronun

“Bizim problemimiz Ərdoğanladır” sözlərinə reaksiya verib.

Metbuat.az xəbər verir ki, administrasiya sözçüsü Kalın, şəxsi Tvitter hesabında Ərdoğanın Makronun çiyninə əlini qoyduğu fotonu paylaşıb.

İbrahim Kalın fotonun altından maraqlı bir şərh yazıb:

“Sözü uzadıb, özümüzü yormayaq”.

Məlumat üçün bildirək ki, İbrahim Kalının paylaşdığı foto Yaponiyada G-20 sammitində çəkilib. Ərdoğan həmin foto çəkilən zaman Makrona Kipr məsələsi ilə bağlı düşüncələrini söyləyib:

“Kipr məsələsindən sən danışa bilmərsən. Burada mən danışaram, Yunanıstan, İngiltərə və Avropa Birliyi danışar. Amma sən danışa bilmərsən”.

Mənbə:Milliyet.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR