Bakıda sürətli yolda qız və oğlandan ağlasığmaz addım -

Bakıda qız və oğlan sürət həddinin 11 km/saat olduğu yolda təhlükəli hərəkətlər edib.

Metbuat.az xəbər verir ki, bu barədə “oxu.az”ın redaksiyasına videogörüntü göndərilib. Görüntülərin ötən gün aeroport yolunda (şəhər istiqamətində) çəkildiyi iddia edilir.

Belə ki, avtomobil hərəkətdə olarkən içərisində olan sərnişinlərdən biri lyuk yerindən, digəri isə arxa oturacağın sağ pəncərəsindən çölə çıxıb.

“Toyota” markalı avtomobildə olan şəxslər həm özlərinin həyatı üçün, həm də digər hərəkət iştirakçılarına təhlükə yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR