Emin Ağalarovdan təqdirəlayiq addım - FOTO

Xalq artisti, biznesmen Emin Ağalarov sosial şəbəkə hesabında Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmaqda davam edir.

Metbuat.az xəbər verir ki, ifaçı bu dəfə “İnstagram” hesabında profil fotosunu dəyişərək “Qarabağ Azərbaycandır” yazılan bayrağımızın şəklini yerləşdirib.

Emin həmçinin 2 milyonluq səhifəsində işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri tez-tez izləyicilərinə çatdırır.

Qeyd edək ki, Emin Ağalarov Silahlı Qüvvələrə Yardım Fonduna öz hesabından 1 milyon manat vəsait köçürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR