Daxili İşlər Nazirliyi növbəti dəfə əhaliyə müraciət edib.

DİN Mətbuat Xidmətindən Metbuat.az-a daxil olan qısa müraciətdə deyilir:

“Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik”.