İranda son sutkada virusdan ölənlərin sayı 400-ü keçdi

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 415 nəfər ölüb.

Metbuat.az xəbər verir ki bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib. S. Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 33 714 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda son sutka ərzində 2 490 nəfər koronavirusa yoluxub. Beləliklə İranda COVID-19-a yoluxanların sayı 588 648 nəfərə çatıb.

Mənbə: İRNA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR