“VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi

Rusiya istehsalı olan kasetli raketlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayış məntəqələrinə qarşı istifadə edilib.

Metbuat.az xəbər verir ki, “VICE News”un jurnalistləri 28 oktyabr tarixində Bərdəyə hücumda kasetli raketlərin çoxsaylı istifadə edildiyini təsdiqləyiblər.

Beəl ki, hücumdan bir neçə saat sonra aparılan araşdırmada “Amnesty International”ın hərbi mütəxəssisi Brayn Kasner və BMT-nin keçmiş hərbi müşaviri Mark Qarlasko “Smerç” raketinin təsirini və qalıqlarını aşkar ediblər.

Brayn Kasnerin sözlərinə görə, "Amnesty International"ın mütəxəssisləri 28 oktyabrda Azərbaycanın Bərdə şəhərinin mərkəzindəki yaşayış məhəlləsinə Rusiya istehsalı olan 9N235 kasetli raketlə zərbə endirildiyini təsdiq edib.

Xatırladaq ki, dünən Ermənistanın Bərdə şəhərinə raket zərbələri endirməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub. 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR