[ 27 May 2015 12:04 ]



Bakı. Məlahət Nəcəfova - APA. Argentina xarici işlər nazirinin müavini Eduardo Zuain iyunun ilk həftəsində Azərbaycana səfər edəcək. Bu barədə APA-ya Argentinanın Azərbaycandakı sәfiri Karlos Dante Riva məlumat verib. O bildirib ki, səfər siyasi əlaqələrin daha da dərinləşdirilməsi məqsədi daşıyır.

Hələlik səfərin proqramı təsdiq olunmayıb. Səfir Argentinanın Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduğunu qeyd edib.