Akopyanın sözçüsü işdən çıxarıldı

Ermənistanın baş naziri Nikol Paşiyanın həyat yoldaşı Anna Akopyanın sözçüsü işindən azad edilib.

Metbuat.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Akopyanın sözçüsü Hasmik Arutyunyan işdən çıxdığını təsdiqləyib: “Bildirmək istəyirəm ki, mən öz ərizəmə əsasən işdən azad edildim. Noyabrın 1-dən bəri Anna Akopyanın sözçüsü deyiləm. “Erato” dəstəsinə daxil edilməməyimə gəldikdə isə, səhhətimdə problemlər var, hazırda müalicə alıram”.



Qeyd edək ki, “Erato” Anna Akopyanın yaratdığı və erməni cəmiyyətində ciddi narazılıqla qarşılanan qadın “döyüşçü” qrupunun adıdır. Ermənilər beş-on nəfərlik qadın təlimlərini ölkənin birinci xanımının özünüreklam, teatr və şou səhnələri kimi tənqid edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR