“Xankəndi sakinləri öz evlərinə dönəcəklər!” -

"Əziz Xankəndi sakinləri, böyük fəxr və qürur hissi ilə bildirirəm ki, bütün Qarabağımızda, həmçinin Xankəndi şəhərimizdə Azərbaycan Respublikasının tam suverenliyi bərpa ediləcək!".

Metbuat.az xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev "Facebook" hesabında yazıb.

"Xankəndi üç rəngli bayrağımızla gözəlləşəcək!

Xankəndi sakinləri öz evlərinə geri dönəcəklər!

Xankəndi Azərbaycanın ən gözəl, ən yüksək inkişaf etmiş şəhərlərindən biri olacaq!

"Yolumuz Xankəndinədir!" demişdim, artıq çatdıq!

Evlərinizə geri dönməyə hazırlaşın!",- deyə T.Gəncəliyev Xankəndi sakinlərinə müraciətində bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR