Ağcabədi sakini özünü güllələdi

Ağcabədi rayon sakini ehtiyatsız davranış nəticəsində tüfənglə ayağından xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, noyabrın 11-də saat 16 radələrində rayonunun Taxta körpü qəsəbəsində yaşayan Vüqar Mahmudov odlu silahla ehtiyatsız davrandığından açılan atəş nəticəsində sol ayağı yaralanıb.

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb, V.Mahmudov isə xəstəxanaya yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR