Paşinyan xalqa iki dəfə müraciət etdi -

Ermənistanın baş naziri Nikol Paşinyanın canlı bağlantısı uğursuz alınıb.

Metbuat.az xəbər verir ki, öz feysbuk səhifəsində canlı yayıma qoşulan baş nazirin səsi gəlməyib.

Yayımda səslə bağlı problemin yaşanmasına baxmayaraq, N.Paşinyan 4 dəqiqə 48 saniyə danışıb, lakin səsi qətiyyən eşidilməyib.

Canlı yayımın səssiz olduğunu yalnız 5 dəqiqə sonra anlayan N.Paşinyan yayımı dayandırıb və növbəti dəfə canlı bağlantı ilə qoşulub. Lakin ikinci – 2 dəqiqə 9 saniyə çəkən canlı yayımda da səssiz olub.

Daha sonra nazir hər ikisi canlı yayımı səhifəsindən silib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR