Tərtərdə 3 avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, rayonun Dördyol-1 qəsəbəsi ərazisində Ağdam rayon sakinləri X. İsrafilzadənin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla E. Qarayevin idarə etdiyi “Mercedes” və Bərdə rayon sakini Tahir Cəfərovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Qəza nəticəsində, T. Cəfərov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb, X. İsrafilzadə isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR