Hazırda davam edən yağışla əlaqədar bəzi ərazilərdə su yığılması halları müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Metbuat.az-a verilən məlumata görə, bu da, öz növbəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır:

“Sürücülərə belə ərazilərdən keçərkən diqqətli olmalarını tövsiyə edirik”.

Qeyd edək ki, sıxlıq eyni zamanda avtobusların saatlarla tıxacda qalamsına səbəb olub.