Ağdamda 27 il sonra azan səsləndi -

Ermənistanın işğalından azad edilən Ağdamda 27 ildən sonra ilk dəfə azan səsləndirilib.

Metbuat.az xəbər verir ki, Azərbaycanın bir qrup din xadimi noyabrın 20-də Ağdamın mərkəzində yerləşən Cümə məscidinə gediblər.

Dindarlar məsciddə azan verib, namaz qılıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub. (Report)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR