Koronavirusla bağlı doğru proqnoz verən ekstrasens virusun bitəcəyi tarixi

Koronavirus yayılmadan qabaq virusun bütün dünyada tüğyan edəcəyini açıqlayan öncəgörücü Nikolas Aujula bu dəfə bitmə tarixini açıqlayıb.

Nikolas 2019-cu ildə dünyada böyük bir kilsənin yanacağını açıqlamışdı.

Onun açıqlamasından sonra Fransanın paytaxtı Parisdəki məşhur "Notre Dame" kilsəsində güclü yanğın olmuşdu.

Bu vaxta qədər 34 yaşlı Aujulanın verdiyi zəlzələ ilə bağlı açıqlamaları da tamamilə doğru çıxıb. Aujula koronavirus pandemiyasının 2022-ci ildə başa çatacağını açıqlayıb.

Qeyd edək ki, Londondan olan Nikolas ruhlarla əlaqədə olduğunu və uşaqlıqdan öncəgörücülük qabiliyyətinin olduğunu bildirib. O hətta başqa bir kainatda yaşadığını da iddia edir. (baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR