Nazirlər Kabineti mühüm qərara dəyişiklik etdi -

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarında dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, dəyişikliyə əsasən, kreditlər 2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin ediləcək.

“Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə Azərbaycan Respublikası Höküməti adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Dövlət Zəmanətinin verilməsi barədə Çərçivə Zəmanət Sazişi”n predmeti də dəyişib. İndiyə qədər bu Sazişin predmetini sahibkarlıq subyektlərinə verilməsi nəzərdə tutulan 500 (beş yüz) milyon manatadək kreditlər üzrə əsas borc öhdəliyi yerinə yetirilmədikdə, onların əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fonda Zamin tərəfindən bu Sazişin tələbləri nəzərə alınmaqla dövlət zəmanətinin verilməsi təşkil edib. Dəyişikliyə əsasən, artıq bu Sazişin predmetini sahibkarlıq subyektlərinə verilməsi nəzərdə tutulan 2020-ci il üzrə 150 (yüz əlli) milyon manatadək, 2021-ci il üzrə 350 (üç yüz əlli) milyon manatadək olmaqla, ümumilikdə 500 (beş yüz) milyon manatadək kreditlər üzrə əsas borc öhdəliyi yerinə yetirilmədikdə, onların əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fonda Zamin tərəfindən bu Sazişin tələbləri nəzərə alınmaqla dövlət zəmanətinin verilməsi təşkil edir.

Bu Saziş üzrə dövlət zəmanətinin yuxarı həddi 300 (üç yüz) milyon manat müəyyən edilmişdisə, artıq yuxarı həddi “2020-ci il üzrə 90 (doxsan) milyon manat, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat müəyyən edilib.

Eyni zamanda Zamin Fondun rəsmi müraciəti əsasında müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektlərinə ayrılan kredit vəsaiti üzrə öhdəliklərin (əsas borc) 2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat məbləğinədək hissəsinin yerinə yetirilməsinə həmin məbləğdə dövlət zəmanəti verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR