Rusiya FHN Qarabağa yeni qrup göndərdi

Rusiya Dağlıq Qarabağdakı humanitar missiyada iştirak edən qrupların sayını artırır.

Metbuat.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi bölgəyə pirotexnika, kinoloq və psixoloqlar göndərib.

Məlumata görə, 6 dekabr tarixində FHN-nin bir İl-76 təyyarəsi əlavə xilasetmə qrupu ilə Moskvadan havaya qalxıb. Səfərə çıxan qrup “Lider” mərkəzinin kinoloqları, pirotexniklər və minaaxtaranlar, siqnalçılar, Noginsk xilasetmə mərkəzinin mütəxəssisləri və psixoloqlardan ibarətdir.

Təyyarədə, həmçinin rusiyalı mütəxəssislərinin fəaliyyəti üçün lazımi avadanlıq və üç sərnişin avtobusu var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR