x
Loading...

Həbsdə olan şəhid valideynləri azadlığa buraxıldı - SİYAHI

.

44 gün davam edən Vətən Müharibəsində şəhid olan bir sıra hərbi qulluqçuların Penitensiar Xidmətin tabeliyində olan fərqli həbsxanalarında cəza çəkən valideynləri azadlığa buraxılıb.

Metbuat.az xəbər verir ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan Əsgər Məmmədovun atası Zaur Balış oğlu Məmmədov, şəhid Şahgündüz Cabbarovun atası Habil Mütəllim oğlu Cabbarov, şəhid Elsəvər İbrahimovun atası Etibar Rəşid oğlu İbrahimov və şəhid Kamran Seyfullayevin atası Cəlal Sanhan oğlu Seyfullayev azadlığa çıxıblar.

Qeyd edək ki, azadlığa buraxılan şəxslər müxtəlif maddələrlə məhkum olunmuşdu. (unikal.org)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR