Jurnalist Aysel Aslanqızı yeni vəzifəyə təyin olunub.
Metbuat.az xəbər verir ki, bu barədə özü sosial media hesabında paylaşım edib.
Məlumata görə, jurnalist Qoşulmama Hərəkatı Gənclər Təşkilatında (NAMYO) media və kommunikasiya üzrə məsul şəxs qismində fəaliyyətini davam etdirəcək. Aysel Aslanqızı yeni postunda təşkilatın beynəlxalq və yerli media ilə əlaqələrini koordinasiya edəcək, eləcə də kommunikasiya strategiyasının təkmilləşdirilməsi və qurumun fəaliyyətinin qlobal müstəvidə işıqlandırılması üçün çalışacaq. O, göstərilən etimada görə minnətdarlığını bildirərək, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.