“Monitorinq Mərkəzi ilə bağlı hazırlıqlar davam edir” -

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması üçün hazırlıqlar davam etdirilir”.

Metbuat.az “Anadolu” agentliyinə isitnadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Şəbnəm Aktop bildirib.

Onun sözlərinə görə, türkiyəli mütəxəssislər erməni işğalından azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycan Ordusuna kömək edir və təlimlər keçirlər.

“Kədərdə və sevincdə bərabər olduğumuz can qardaşlarımız Azərbaycan xalqının haqlı davasında bütün imkanlarımızla yanındayıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR