Rayonlara gediş-gəliş bu tarixdə açıla bilər -

Xəbər verdiyimiz kimi "COVID-19" pandemiyasının sürətli yayılmasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində dekabrın 14-dən yanvarın 18-dək sərt karantin rejimi tətbiq olunub. Hətta Operativ Qərargahın son brifiqində də rayonlara gediş-gəlişin məhdudlaşdırılmasına dair qərarın qəbul edilib. Maraqlıdır, bəs yanvarın 18-dən sonra rayonlara gediş-gəliş bərpa ediləcəkmi?

Metbuat.az xəbər verir ki, bununla bağlı deputat Cavid Osmanov Sonxeber.az-a danışıb:

"Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yanvarın 18-nə kimi məhdudlaşdırıcı sərt karantin rejimi tətbiq olunub. Bununla da bəzi şəhər və rayonlarımıza gediş-gəliş bağlanıb. Yanvarın 18-nə kimi olan statistik göstəricilərdə yoluxanların sayı ilə sağalanların sayında normallaşma müşahidə olunarsa, bundan sonrakı mərhələdə Operativ Qərargah mövzuyla bağlı yeni qərarını açıqlayacaq. Düşünürəm ki, vəziyyət normallaşsa və yoluxma sayı getdikcə azalsa, 18-dən sonra gediş-gəliş bərpa oluna bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR