Daha bir ölkədə koronavirusun mutasiyaya uğramış növü AŞKARLANDI

Nigeriyada koronavirusun yeni ştammı aşkar edilib. Bu onun mutasiyasının xüsusi bir formasıdır.

Metbuat.az bildirir ki, bu barədə yerli televiziya kanalı "eNCA" Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Con Nkengasonga istinadən bildirib. Bildirilib ki, söhbət Böyük Britaniyada bu yaxınlarda tapılan varianta bənzəməyən xüsusi bir mutant virusundan gedir:

"Lakin Nigeriyada müəyyən edilmiş ştammın 18 dekabr tarixində Cənubi Afrikada təsbit edilmiş 501.V2 koronavirus variantı ilə bir qədər oxşarlığı ola bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR