Daha bir vəkil koronavirusdan vəfat etdi -

Vəkillər Kollegiyasının daha bir üzvü - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hidayət Məmmədov COVID-19 xəstəliyindən vəfat edib.

Metbuat.az bildirir ki, bu barədə Vəkillər Kollegiyası feysbukda məlumat paylaşıb.

"Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara Allahdan səbr diləyir”, - paylaşımda deyilir.

Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR