[ 27 May 2015 16:05 ]
Moskva. Fərid Əkbərov - APA. Rusiya xarici işlər nazirinin müavini, stats-katib Qirqori Karasin ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət və problemin nizamlanması ilə bağlı aktual məsələlər müzakirə edilib.