COVID xəstələrində iybilmənin bərpa müddəti məlum oldu

Alimlər COVID-19-a yoluxmuş və sağalan xəstələrdə iybilmə qabiliyyətinin bərpa olunduğu müddəti müəyyən ediblər.

Metbuat.az xəbər verir ki, mütəxəssislər Avropanın 18 xəstəxanasında iybilmə qabiliyyətini itirmiş 2,5 mindən çox xəstə üzərində müşahidə aparıb.

Məlum olub ki, COVID-19 xəstələrində iybilmə qabiliyyəti orta hesabla 21,6 günə bərpa olunur.

Bununla belə, xəstələrin təxminən 25 faizi iybilmənin yoluxmadan iki ay keçəndən sonra belə bərpa olunmadığını deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR