x
Loading...
.

Koronavirusa yoluxub sağalanlar nə zaman peyvənd olmalıdır?

.

“Artıq yeni növ koronavirus infeksiyasına yoluxan şəxslər bədənlərində mövcud olan anticisimlərin miqdarı aşağı düşəndə peyvənd olunmalıdırlar”.

Metbuat.az “report”a istinadən xəbər verir ki, bunu “Vector” adlı xüsusilə təhlükəli infeksiyalar laboratoriyasının keçmiş rəhbəri Aleksandr Çerpurnov deyib.

Onun sözlərinə görə, antikorların sayı tədricən azaldığından onların miqdarı hər yarım aydan bir yoxlanılmalıdır: “Antikor göstəricisi aşağı həddə yaxınlaşdığı an peyvənd vurulmalıdır. Çünki keçirilən xəstəlik ona təkan verəcək və peyvənd daha yaxşı nəticə göstərəcək”.

Novosibirsk Dövlət Universitetinin bionanotexnologiya, mikrobiologiya və virusologiya laboratoriyasının müdiri Sergey Netesov peyvəndin virus infeksiyasının təqlidi olduğunu deyib:

“Bu səbəbdən, xəstəlikdən sonra yaranan antikorun titri mövcud dəyərləri üç-dörd dəfə üstələyirsə, onda həmin şəxs peyvənd olunan insan kimi özünü virusdan qoruyur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR