Qazinin özü və qardaşı üçün kiçik təsərrüfatlar yaradılacaq - FOTO

.

Vətən Müharibəsi iştirakçıları ilə bağlı sosial dəstək tədbirləri müharibədə yaralanmış Xankişiyev Mirqəfər İlqar oğlunu və ailəsini də əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, nazirlik əməkdaşları Mirqəfər və ailəsi ilə görüşüblər.

Qazinin istəyinə uyğun olaraq sağalandan sonra onun özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyat aparılıb.

Mirqəfərin qardaşı maşın ustası işləyir və avtoçilingər peşəsi üzrə xidmət sahəsini yaratmaq üçün o da özünüməşğulluq proqramına cəlb edilmək istəyib. Onun da qeydiyyatı aparılıb və yaxın vaxtlarda hər ikisi üçün proqramın dəstəyi ilə kiçik təsərrüfatlar yaradılacaq.

Qazinin atası vəfat edib, anası əlilliyə görə pensiya alır. Mirqəfərin əlilliyi də qiymətləndiriləcək, əlillik təyin olunduğu halda aylıq sosial ödənişlərlə təmin olunacaq.

Saatlıda yaşayan ailə doqquz nəfərdən (qazinin anası, özü, həyat yoldaşı və iki uşağı, qardaşı, qardaşının həyat yoldaşı və iki uşağı) ibarətdir. Ailəyə gələcəkdə digər istiqamətlərdə də sosial dəstək verilməsi üçün işlər aparılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR